Azərbaycanda koronavirus infeksiyasına son sutkada 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 632-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 12 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 11 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 864 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 59 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 752 (ötən gün 2 min 493 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 836 min 568 test aparılıb.**
X.Nəsirzadə