Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7982 manat/1EUR səviyyəsində (mayın 6-na 1,7904 manat/1EUR) müəyyən edilib.
AMB mayın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0244 manat/1RUB səviyyəsində (mayın 6-na 0,0261 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov