Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılması və digər məsələlər Ermənistanla sərhədin delimitasiyası kontekstində həllini tapmalıdır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Bu torpaqlar Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq”, - deyə X.Xələfov bu gün jurnalistlərə açıqlamasında bildirib.*
E.Şəfiyev