Prezident İlham Əliyev mayın 14-də Türkiyənin şimal-şərqində Rizə-Artvin Hava Limanının açılışında iştirak edəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Şənbə günü (mayın 14-də) Rizə-Artvin Hava Limanını açacağıq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də bizimlə olacaq”, - deyə Ərdoğan bu gün hökumətin iclasında çıxışı zamanı bildirib.
Daha əvvəl Türkiyə KİV-nin verdiyi məlumata görə, Azərbaycan və Türkiyə prezidentlərinin təyyarələri Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən Pazar rayonundakı hava limanına ilk eniş edəcək. Daha sonra liderlər açılış mərasiminin keçiriləcəyi yerə gedəcəklər.*
N.Abbasova