Türkiyə və Azərbaycan Şuşada Türkiyə Konsulluğunun yaradılması məsələsi ilə bağlı məsləhətləşmələr aparır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında danışıqlar gedir”, - deyə səfir bu gün jurnalistlərə bildirib.*
E.Şəfiyev