Ədliyyə Nazirliyi “Bestcomp Group” MMC ilə ümumi dəyəri 6 milyon 584,487 min manat olan iki müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.azsaytına istinadən xəbər verir ki, 2 milyon 140,715 min manat məbləğində birinci müqavilə Ədliyyə Nazirliyi struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur.
İkinci müqavilədə Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 4 milyon 443,771 min manatdır.*
B.Rüstəmbəyov