Azov dənizindəki Temryuk limanının sularında "Aqua" quru yük gəmisində yanğın baş verib. Bu barədə “İnterfaks”a liman xidmətlərindəki mənbə bildirib.
Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.
Gəminin göyərtəsində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.
İlkin məlumatlara görə, gəmidə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.*