16-18 iyun tarixlərində “Baku Crystal Hall”da “Partners and Business Baku 2022” - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerlişirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgi KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək.*
B.Rüstəmbəyov