2021-ci il dekabrın 31-nə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 350 milyon 813 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 405 milyon 46,3 min manat və ya aktivlərin 30%-i (azalma 7%), uzunmüddətli maliyyə aktivlərində 417 milyon 842,2 min manat (artım 9%), debitor borclarında 144 milyon 8,9 min manat (azalma 10,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2022-ci ilin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 396 milyon 237,9 min manat (artım 4%) təşkil edib.
1 yanvar 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 754 milyon 835,8 min manat (artım 11,9%), ümumi bölüşdürülməmiş mənfəəti 85 milyon 349,7 min manat (azalma 27,3%) təşkil edib.
2022-ci il yanvarın 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.
2022-ci il yanvarın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1817,8 manat təşkil edib, bu isə 2020-ci ilin sonuna olan göstəricidən 17,3% çoxdur.*
X.Nəsirzadə