Rusiyanın Həştərxan vilayəti Azərbaycanda mağazalar açmağı planlaşdırır. Bunu vilayətin qubernatoru İqor Babuşkin Həştərxanda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşdə bildirib.
Görüş Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin inkişafı məsələlərinə həsr olunub.
Qubernator, həmçinin Bakıda İşgüzar Mərkəzin açılmasını da xatırladıb. Onun sözlərinə görə, mərkəzdə Azərbaycan ali məktəblərinin tələbələri ilə 10 məşğələ keçirilib.
İ.Babuşkin Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlığa hazır olduğunu və Azərbaycan tərəfi ilə bu məsələnin Cənub Gəmiqayırma və Təmir Mərkəzinin iştirakı ilə növbəti görüşdə müzakirə ediləcəyini bildirib.
Bundan başqa, o, “Böyük Pyotr” layneri ilə Xəzər dənizində kruiz səfərlərinin təşkili məsələsini vacib və aktual adlandırıb.*
N.Abbasova