Azərbaycanda koronavirus infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,638 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 12 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782,869 min nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 60 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1752 (ötən gün 1890 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 838,458 min test aparılıb.*
E.Şəfiyev