Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi PHŞ (MİDA) daxili təhlükəsizlik sisteminin və İKT infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq server avadanlıqlarının və quraşdırılma işlərinə 525,5 min manata yaxın vəsait yönəldəcək.
“İnerfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, "FARAH İNNOVATİONS" MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 525,474 mi manatdır.
Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.**
B.Rüstəmbəyov