"AZƏRALÜMİNİUM" MMC “KAMAZ” markalı yük avtomobilləriinin satın alınmasına 520,5 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə 2 ədəd 65117-26010-50 КАМАZ markalı bortlu yük avtomobilinin və 2 ədəd 65115-23063-50 КАМАZ markalı rama tipli yük avtomobilinin satın alınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 520,414min manatdır.
“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet,külçəvə rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir. **
B.Rüstəmbəyov