ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı üzrə proqnoz göstəricilərini 10 min barel yüksədlib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,72 milyon barel (aprel proqnozu - 0,71 milyon barel) səviyyəsində proqnozlaşdırılır. Cari ilin I rübündə hasilatın 0,7 milyon barel (aprel proqnozu - 0,7 milyon barel), II rübdə 0,72 milyon barel (0,71 milyon barel), III rübdə 0,73 milyon barel (0,73 milyon barel), IV rübdə 0,72 milyon barel (0,72 milyon barel) təşkil edəcəyi proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2023-cü ildə respublikada gündəlik 0,7 milyon barel (aprel proqnozuna uyğundur) maye karbohidrogen hasil olunacaq.
Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,72 milyon barel (aprel proqnozu - 0,71 milyon barel), II rübdə 0,69 milyon barel (0,7 milyon barel), III rübdə 0,68 milyon barel (0,69 milyon barel), IV rübdə 0,7 milyon barel (0,71 milyon barel) səviyyəsində olacaq.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik 0,72 milyon barel maye karbohidrogen hasil edilib. **
N.Abbasova