Azərbyacan və Türkmənistan yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə layihələr potensialının daha geniş istifadəsi üçün birgə tədbirlər həyata keçirməlidir. Bu barədə Türkmənistan prezidentiSerdarBerdiməhəmmədovbəyan edib.
Aşqabadda Türkmənistan prezidenti ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Türkmənistan prezidentinin saytına istinadən məlumat verir ki, Berdiməhəmmədov Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişafı perspektivləri və onun beynəlxalq nəqliyyat infrastrukturuna interqrasiyası barəsə söz açarkən, qeyd edib ki, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə layihələrin uğurlu reallaşdırılması üçün hər iki dövlətin potensialından daha geniş istifadə etmək zəruridir.
O vurğulayıb ki, Azərbaycan və Türkmənistan özünün müasir infrastrukturundan sitifadə edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərirlər. Bu fakt regionlararası və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir.
“Görüş zamanı enerji sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyi məsələsi müzakirə olunub”, - məlumatda vurğulanır.
Həmçinin, tərəflər qeyd ediblər ki, nazirliklər və idarələrin nümayəndələrinin, işgüzar dairələrin müntəzəm görüşləri, miqyaslı birgə forumlarda iştirakları Türkmənistan-Azərbaycan dialoqunun möhkəmlənməsinə xidmət edir.
O cümlədən, gələcəkdə iki ölkənin sahibkarlarının işgüzar təmaslarının inkişafı üçün lazımi iqtisadi, maliyyə və hüquqi şərtlərin təminatının, bizrgə biznes forumların təşkilinin vacibliyi vurğulanıb. **
B.Rüstəmbəyov