Azərbaycan və Paraqvay arasında siyasi məsləhətləşmələr çərçivəsində ilk iclas keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Paraqvay XİN-ə istinadən məlumat verir ki, məsləhətləşmələr Asuncion şəhərində keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay nümayəndə heyətinə isə bu ölkənin iqtisadi münasibətlər və inteqrasiya nazirinin müavini Raul Kano rəhbərlik edib.
Həmçinin, görüşdə Paraqvayın “Petropar” milli neft şirkətinin prezidenti Denis Liçi iştirak edib.
“Nümayəndə heyətləri neft-qaz sahəsində əməkdaşlıq imkanlarını qiymətləndiriblər. “Petropar” şirkətinin mütəxəssislərinin qısa zamanda azərbaycanlı həmkarları ilə görüşlər keçirəcəyinə dair razılıq əldə olunub”, - məlumatda qeyd edilir.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəliyin imkanlarını, o cümlədən, siyasi, ticari-qitisadi, mədəniyyət, turizm və s. sahələrin inkişafının mümkün istiqamətlərini müzakirə ediblər. **
E.Şəfiyev