Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA”MMC Füzuli şəhərində yaşayış kompleksinin tikintisinin vertikal planlaşdırılmasına 680 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, MİDA “RİCON” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 680 min 430,48 manatdır.
Füzuli şəhərində yaşayış kompleksinin sahəsi 8,9 hektar təşkil edəcək. Vertkal planlaşdırma üzrə işlərin icra müddəti – müqavilə imzalandıqdan sonra iki ay təşkil edir. **
N.Abbasova