Azərbaycanda koronavirus infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,651 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 13 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782,872 min nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 70 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3861 (ötən gün 1752 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 842,319 min test aparılıb.**
B.Rüstəmbəyov