Azərbaycan şirkətləri 22-24 may 2022-ci il tarixində Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı Krallığı) keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, Dövlət Turizm Agentliyi Ər-Riyadda sərgidə sərgi stendinin “açar təhvili” quraşdırılmasına dair «Smartexpo» MMC-ni cəlb edib.
Şirkət ilə 249,596 min manat məbləğində müvafiq müqavilə imzlanıb. **
X.Nəsirzadə