Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Ermənistan barəsində aqressiv siyasət yürüdür və ölkənin Rusiya və Qərbdəki nüfuzunu korlamaq istəyir.
“Azərbaycana Ermənistan barəsində çox aqressiv siyasət həyata keçirir. Son zamanlar Azərbaycan diplomatiyasının işi aşağıdakılardan ibarətdir – Aİ və ABŞ-da onlar bəyan edirlər ki, Ermənistan Rusiyayönümlü ölkədir. Rusiyada isə bəyan edirlər ki, Ermənistan qərbyönümlü dövlətdir, o cümlədən bəyan edirlər ki, ölkədə RF-yə qarşı fəaliyyət göstərən, rəngli inqilab nəticəsində hakimiyyətə gələn qərbyönümlü hökumət var”, - PaşinyanNiderlandınKlingendalBeynəlxalqƏlaqələrİnstitutunda çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, bu cür siyasətin məqsədi – “Rusiya və Qərbdə Ermənistanın mənfi təsəvvürünü formalaşdırmaqdır”. **