Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 11-də Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.*
B.Rüstəmbəyov