Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” MMC Füzuli şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Tender 1 lot (1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi) üzrə keçirilir.
İştirak haqqı 1200 manatdır.
Telefon: (+99412) 594-54-01, daxili: 239, əlaqələndirici şəxs – Vüqar Əliyev.
Tenderdə iştirak etmək istəyən podratçılardan aşağıdakılar tələb olunur: podratçının son 3 il (2019-2021) ərzində İstismara Qəbul Dövlət Aktı əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15000 m2 təşkil etməlidir; podratçının son 3 il (2019-2021) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
Tender təklifləri 4 iyul saat 17:00-dək qəbul olunur. Təklif zərfləri 5 iyul saat 15:00-da açılacaq.*
N.Abbasova