Baku City Circuit-in icraçı direktoru Arif Rəhimov bildirib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində anşlaq gözlənilir.
“Azarkeşlərin qayıtmağını səbirsizliklə gözləyirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Bu faktı nəzərə alaraq izləyiciləri maraqlı həftəsonu gözləyir”, - deyə o qeyd edib.
Azarkeşlər üçün fan-zona, avtoqraf sessiyası və Pit Leyn gəzintisi təşkil olunacaq.
Bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində keçiriləcək.*
E.Şəfiyev