Sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi ilə bağlı Azərbaycan və Ermənistan komissiyalarının görüşünün gələn həftə Moskvada keçirilməsi planlaşdırılır. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarlarımızla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Rusiya baş nazirinin müavini Aleksey Overçukla kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”, - deyə A.Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.*