Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Ağdam rayon prokurorluğundan məlumat verilib.
“Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.*
E.Şəfiyev