Azərbaycanda koronavirus infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,655 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 13 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 14 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782,883 min nəfər (sutka ərzində +11) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 63 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2915 (ötən gün 3861 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 845,234 min test aparılıb.*
N.Abbasova