Nazirlər Kabineti Azərbaycana idxal olunan bir sıra malları gömrük rüsumundan azad edib.
Nazirlər Kabinetinin qərarına əsasən, maya kulturaları, quru maya, həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan qeyri-aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bundan başqa, digər yağlı bitkilərin toxumları və barları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.*
R.Əhmədov