Azərbaycan və Türkiyə birgə işlənmiş regional əməkdaşlılq mexanizmlərinə malidkir, həmçinin regiondakı hazırki geosiyasi vəziyyət ölkələri daha sıx münasibətlərə sövq edir. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bəyan edib.
“Azərbaycanla Türkiyə arasında birgə işlənmiş regional mexanizmlər mövcuuuddur. Misal üçün, Azərbaycan-Türkiyə-Gürcüstan formatında. Cari mürəkkəb geosiyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər proseslər bizi Türkiyə ilə dha sıx əməkdaşlığa sövq edir”, - Şəfiyev cümə günü “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda bildirib.
Onun sözlərinə görə, Bakı buna əsaslanaraq Ankara ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. **
E.Şəfiyev