Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi üzrə səylərini davam etdirmək niyyətindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan tərəfi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmindədir”, - Bayramov cümə günü Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxışında bildirib.
XİN-in mətbuat xidməti Bayramovun sözləırinə istinadən məlumat verir ki, nazir bir daha vurğulayıb ki, Bakı İrəvanla sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazırdır.
Nazir qeyd edib ki, bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımlar atılıb, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatı müəyyənləşdirilib.
Həmçinin, çıxışı zamanı Bayramov MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesabedir. **
E.Şəfiyev