2022-ci il aprelin 1-nə Azərbaycanda orta aylıq nominal əmək haqqı 809 manat ($475,9) təşkil edir ki, bu da 2021-ci il martın sonuna olan göstəricidən 12% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 702,8 min nəfər (yanvarın 1-nə 1 milyon 705,1 min nəfər) olub ki, bu da bir il əvvəllə müqayisədə 23,1 min nəfər və ya 3,27% azdır.
Onlardan 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,6%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub. **
E.Şəfiyev