2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 330,679 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, 2022-ci ilin 4 ayı ərzində Azərbaycana turist axını 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 2,6 dəfə azdır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 86,644 min Rusiya vətəndaşı (xüsusi çəki 26,2%), 83,517 min Türkiyə vətəndaşı (25,3%), 48,694 min İran vətəndaşı (14,75%), 20,038 min Gürcüstan vətəndaşı (6,07%), 10,419 min Ukrayna vətəndaşı (3,15%) səfər edib.
2022-ci ilin aprel ayında Azərbaycana turist axını 84,4023 min nəfər (2021-ci ilin aprel ayı ilə müqayisədə artım 84), həmçinin Türkiyədən 22,682 min nəfər, Rusiyadan – 19,098 min nəfər, İrandan – 13,284 min nəfər təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycana turist axını rekord 3,2 milyon nəfər təşkil edib.
2020-ci ildə ölkəyə turist axını 4 dəfə - 795,7 min nəfərdək azalıb və COVİD-19 koronavirus pandemiyası və Azərbaycana girişə qadağa və digər məhdudiyyətlərə şərtlənib.
2021-ci ildə bir sıra məhdudiyyətlərin yumşaldılması fonunda turist axınının bir qədər artımı müşahidə olunub.
Dövlət Turizm Agentliyinin qiymətləndirmələrinə əsasən, Azərbaycan 2023-2024-cü illərdən tez olmayaraq pandemiyadan əvvəlki tusit axını göstəricilərinə qayıda biləcək. **
E.Şəfiyev