Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,664 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 15 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782,89 min nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 65 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2658 (ötən gün 2915 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 847,892 min test aparılıb.**
X.Nəsirzadə