2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı mart ayının 579,4 min barel göstəricisinə qarşı 579,1 min barel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub. Bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib”, - nazirlikdəın qeyd olunub.
Apreldə Azərbaycanda OPEC+ çərçivəsində neft hasilatı üzrə kvota 682 min barrel təşkil edib. Beləliklə, apreldə Azərbaycan OPEC+ çərçivəsində sazişi 117,76% yerinə yetirib. **
N.Abbasova