Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzətmə və ya investisiya yatırma imkanları təklif olunur. Bəyan edirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur. Bu barədə şirkətin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, SOCAR onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən “İnterfaks-Azərbaycan”a məlumat verilib ki, “vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq”.
“Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib”, - SOCAR qeyd edir. **
R.Əhmədov