“Rəqəmsal faşizm” müasirliyin təhdidlərindən birinə, milyardlarla insanın iformasiyaya azad və təhlükəsiz çıxışı yolunda maneəyə çevrilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türk Dövlətlər Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısının iştirakçılarına videomüraciətində bildirib. "Anadolu" agentliyi prezidentin sözlərindən sitat gətirir.
Ərdoğan qeyd edib ki, KİV və informasiya mübadiləsi, həmçinin sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə üçün vacib sahələrdir, bu da ölkələrin siyasi və sosial sahələrdə maraqlarına cavab verir. Bu mənada, Türkiyə prezidenti İkinci Qarabağ müharibəsini misal çəkib.
“Yalnız döyüş meydanında deyil, həm də informasiya sahəsində, dövri mətbuatda və elektron KİV-də 44 gün ərzində ağır mübarizə aparılıb. Bütün bunlar dezinformasiya ilə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini təsdiq edib”, - Ərdoğan bildirib. O, bu istiqamətdə Türk dövlətlərinin səylərinin birləşdirilməsinə ümidvar olduğunu qeyd edib. **