Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib.
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib”, - şənbə günü Azərbaycan dövlət başçısının saytında məlumat verilir.
Bu gün Türkiyənin Rize vilayətində ölkənin sayca 58-ci Rize-Artvin Hava Limanının açılış mərasimi olacaq. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
“Anadolu” agentliyi qeyd edir ki, 3 milyon kvadratmetr ümumi sahəsi olan yeni aeroport ildə 3 milyona yaxın sərnişinə xidmət göstərəcək.
Hava limanının eni 45 metr uzunluğu 3 km təşkil edən uçuş-eniş zolağı dənizin ortasında inşa edilən zolağın ölçüsününə görə ölkədə ikincidir.
“Bu günə dünyada dənizin ortasında inşa olunan uçuş zolağı ilə yalnız 5 aeroport fəaliyyət göstərir, bunlarln ikisi Türkiyədədir”, - nəşr dəqiqləşdirir.
Agentlik qeyd edir ki, hava limanına giriş çay yarpağı formasında, dispetçer qülləsi isə çay stəkanı formasında inşa edilib.
Türkiyə hökumətinin qərarına əsasən, Rize-Artvin Hava Limanına beynəlxalq statusu verilib. **
R.Kərimov