Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəddə mövqelərimizin atəşə tutulduğu barədə məlumat verib.
“Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub”, - nazirliyin məlumatında qeyd olunur.
MN-dən bildirilir ki, Azərbaycan bölmələri tərəfindən cavab tədbirləri görülüb. **
R.Kərimov