Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edəcək. Bu barədə Azərbaycan XİN şənbə günü Azərbaycanın xarici işlər nazirinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığının yekunlarıa dair məlumat verir.
Məlumatda qeyd olunur ki, Bayramov “həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib”.
Azərbaycan XİN başçısı İrana səfər edəcəyi tarixi dəqiqləşdirməsə də, “səfərin yaxın zamanlarda həyata keçiriləcəyini” bildirib.
Məlumat verilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.
“İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
XİN-ə əsasən, İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib.
Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər.
XİN-dən əlavə ediblər ki, tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər. **
R.Kərimov