Şənbə günü Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Türkiyədə sayca 58-ci aeroportun - Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat verir.
Ərdoğan yeni aeroportu son 20 il ərzində mülki aviasiya və nəqliyyat sahəsində Türkiyənin naliyyətlərinin göstəricisi adlandırıb.
Onun sözlərinə görə, 5 il ərzində inşa olunan hava limanı nəinki Şərqi-Qara dəniz regionu ölkələrinin inkişafına töhfə verəcək, həm də qonşu Gürcüstanla əlaqələri asanlaşdıracaq.
Ərdoğan qeyd edib ki, Ədalər və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illər ərzində Türkiyədə hava limanlarının sayı 26-dan 58-ə çatıb. “Son illər ərzində ancaq hava limanları inşa edilməyib, həm də mövcud olanların bir hissəsi əsaslı təmir olunub”, - Türkiyə lideri bildirib.
O məlumat verib ki, yeni Rize-Artvin Hava Limanının tikintisinə 4,4 milyard Türk lirəsi sərf olunub.
Mərasimdə çıxış edən Əliyev qeyd edib ki, Türkiyə xalqı və rəhbərliyi 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqını fəal dəstəkləyib.
“Azərbaycan və Türkiyə sadəcə dost və qardaş ölkələr deyil, həm də müttəfiqdir”, - Azərbaycan lideri vurğulayıb.
“Ölkələrimiz həm kədərdə, həm sevincdə bərabərdir. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!”, - deyə Əliyev bəyan edib.
“Anadolu” agentliyi qeyd edir ki, ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.
Hava limanının eni 45 metr uzunluğu 3 km təşkil edən uçuş-eniş zolağı dənizin üzərində inşa edilən zolağın ölçüsününə görə ölkədə ikincidir. “Bu günə dünyada dənizin üzərində inşa olunan uçuş zolağı ilə yalnız 5 aeroport fəaliyyət göstərir, bunların ikisi - Türkiyədədir”, - nəşr dəqiqləşdirir.
Agentlik qeyd edir ki, hava limanının çay yarpağı şəklində giriş tağı və çay stəkanı formasında hava nəqliyyatına nəzarət qülləsi var.
Türkiyə hökumətinin qərarına əsasən, Rize-Artvin Hava Limanına beynəlxalq statusu verilib. **