Şənbə günü Türkiyənin Rize şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş əsnasında enerji, nəqliyyat, enerji təhlükəsizliyi sahələridə əməkdaşlığı və regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan dövlət başçısının saytında məlumat verilir.
“Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər”, - məlumatda deyilir.
Bildirilir ki, Əliyev vəƏrdoğan postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin bildirilir ki, Rize-Artvin Hava Limanının açılışından əvvəl baş tutmuş görüşdə siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.
Azərbaycan prezidenti Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Türkiyə liderinə təşəkkür edərək, ölkədə genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.
Məlumatda vurğulanır ki, Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət edib, dəvət minnətdarlıqla qəbul olunub. **
R.Kərimov