Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ltın Amerikasın səfər çərçivəsində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
XİN-dən qeyd olunub ki,bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb. **
R.Kərimov