Azərbaycan hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak məqsədilə Konya şəhərinə gediblər. Bu barədə bazar günü Azərbaycan Müdafiə Nazilriyi məlumat verib.
“Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər”, - nazirliyin saytında qeyd olunur.
Nazirlikdən əlavə olunub ki, mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub. **
R.Kərimov