Azərbaycanda koronavirus infeksiyasına son sutkada 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 673-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 16 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 912 nəfər (sutka ərzində +8) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 52 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 548 (ötən gün 2 min 782 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 853 min 222 test aparılıb.**
R.Kərimov