İsrailin maliyyə naziri Aviqdor Libermanın ardınca bu ölkənin aqrarları çərşənbə axşamı kənd təsərrüfatının inkişafı üçün əldə etdiklərui bilikləri bölüşmək məqsədilə Azərbaycana səfər edəcəklər. Bu barədə bazar günü “İsrael Hayom” nəşri yazır.
Nəşr qeyd edir ki, üç həftə əvvəl Liberman İsrailə buğda, neft və karbamid (sidik cövhəri) tədarükünə dair müqavilələr imzalamaq ümidi ilə Azərbaycana səfər edib.
“Missiya taxıl becərilməsi, suvarılması və süd məhsulları ilə bağlı biliklərini təqdim edəcək”, - nəşr əlavə edib ki, uzunmüddətli perspektivdə İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyi Azərbaycan tərəfi ilə iqtisadi əməkdaşlığa ümid edir.
Nəşrin məlumatına görə, Tel-əviv buğdanın texnoloji becərilməsi texnologiyasını Bakıya təqdim edəcək, bu da sonradan onun İsrailə ixracını təşkil etməyə imkan yaradacaq. **
R.Kərimov