“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - deyə məlumatda bildirilir.*