“Azərsu” ASC işğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi üçün podratçılar seçir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderdə iştirak haqqı 500 manatdır.
Cəmiyyətin qiymətləndirmələrinə görə, tender predmetinin qiyməti $3 milyonu ötür.
Tender təklifləri 1 iyul 2022-ci il saat 16:00-dək qəbul olunur.
Tender iştirakçılarının təklifləri 4 iyul saat 16:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Moskva prospekti 67.
Əlaqələndirici şəxslər: Murad Abışev, telefon: + 99 412 431 47 67 – daxili 1087 E-mail:murad.abishev@azersu.az və İntizam Novruzov, telefon: + 99 412 431 47 67 – daxili 2259, E-mail:intizam.novruzov@azersu.az).*
B.Rüstəmbəyov