İran parlamentinin vitse-spikeri Əli Nikzad bu gün Naxçıvan Muxtar Respublikasına səfər edəcək. “İnterfaks-Azərbaycan” agentliyi İranın “Iribnews” nəşrinə istinadən xəbər verir ki, Ə.Nikzad Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.
Daha sonra vitse-spiker İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT) üçüncü illik sessiyasında iştirak etmək üçün Bakıya gəlməlidir.
Ə.Nikzadın Azərbaycana səfəri iki gün davam edəcək.*
E.Şəfiyev