2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 7,2% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-mart aylarının yekunları üzrə ÜDM-in artım tempi 6,8% təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri neft-qaz sektorunda isə 11,4% artıb.
2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 554,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 54,8%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 938,4 manata bərabər olub.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9% səviyyəsində proqnozlaşdırır.*
N.Ababsova