2022-ci ilin I rübündə Azərbaycan 38,884 min ton təzə xurma ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac edilmiş xurmanın dəyəri $29 milyon 533,91 min (azalma 7,3%) təşkil edir.
Xurmanın əsas ixrac bazarı Rusiyadır: cari ilin yanvar-mart aylarında RF-yə $28 milyon 457,38 min dəyərində (azalma 7,2%) 34,606 min ton təzə xurma (azalma 8,1%) ixrac edilib. Bu dövrdə təzə xurma ixracının 89%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $125 milyon 895,03 min dəyərində 174,158 min ton təzə xurma ixrac edib.
Xurmanın əsas ixrac bazarı Rusiya olub: 2021-ci ildə RF-yə $117 milyon 123,66 min dəyərində 142,89 min ton təzə xurma ixrac edilib.*
B.Rüstəmbəyov