2022-ci ilin I rübündə Azərbaycan 6,722 min ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 50,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Meşə fındığının ixracından $39 milyon 464,15 min məbləğində gəlir (artım 38,4%) əldə edilib.
Azərbaycan fındığının əsas idxalçıları İtaliya, Rusiya və Almaniyadır.
Xüsusilə cari ilin yanvar-mart aylarında İtaliyaya $21 milyon 298,11 min məbləğində 3,416 min ton, Rusiyaya 1,565 min ton ($8 milyon 998,36 min), Almaniyaya 1,043 min ton ($6 milyon 660,02 min) meşə fındığı ixrac edilib.*
B.Rüstəmbəyov